Dərslik
Ümumiyyətlə, maddənin analizi dedikdə onun daha sadə tərkib hissələrinə ayrılmasına əsaslanan tədqiqatlar nəzərdə tutulur. Kimyəvi hadisələri, eləcə də bəsit və mürəkkəb maddə-lərin xassələrini və tərkibini öyrənərkən analiz və sintez üsul-ları tətbiq olunur. Deməli, maddənin təbiətində baş verən hadi-sələrin mahiyyətini anlamaq üçün analiz və sintez üsulları əsas vasitədir.
Bütün analiz üsulları maddənin analitik siqnallar (və ya sadəcə olaraq siqnal) vasitəsilə fiziki-kimyəvi xassələrinin ana-liz edilən maddənin təbiətindən və ya miqdarından asılılığının öyrənilməsinə əsaslanır.