“Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans KEÇİRİLƏCƏK.
Kitabxana-İnformasiya Mərkəzindən İSTİFADƏ QAYDALARI
Uğura gedən yolu bizimlə kəşf edin.
“Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans KEÇİRİLƏCƏK.
Kitabxana-İnformasiya Mərkəzindən İSTİFADƏ QAYDALARI
Kitabda ekoloji monitorinq sisteminin təşkili, məkan miqyasları ilə bağlı monitorinqin xüsusiyyətləri, təbii mühitin və ekosistemlərin monitorinqi, ekoloji nəzarətin metod və cihazları,ekoloji monitorinq metodları, ətraf təbii mühitin keyfiyyətinin qiymətləndirilməsi meyarlarından bəhs edilir. Dərs vəsaiti Ekologiya ixtisasında təhsil alan magistrlər üçün nəzərdə tutulmuşdur. Lakin vəsaitdən eyni zamanda bakalavrlar və ekologiya sahəsində çalışan digər mütəxəssislər də istifadə edə bilərlər.
Dərslik ekoloji tədqiqatlarda geniş istifadə olunan metodlar qruplarını əhatə edərək onları hərtərəfli xarakterizə edir. Dərslikdən ekologiya, ətraf mühitin mühafizəsi və bərpası ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və ətraf mühitin mühafizəsi və bərpası ixtisasi üzrə təhsil alan bakalavrlar, magistrlər və ətraf mühitin mühafizəsi ilə bağlı sahələrdə fəaliyyət göstərən mütəxəssislər istifadə edə bilərlər.
Biotexnologiya kitabı hüceyrə biologiyası və molekulyar biologiya, biokimya, bioinformatika, genetika, genomika, proteomika, da daxil olmaqla, olduqca geniş spektrdəki movzuları əhatə edir. Bu kitab vasitəsilə oxucuya biotexnologiyanın çeşidli və bir-birindən fərqli sahələrini başa düşmək üçün lazım olan bilik və bacarıqları təmin edilir.
Kitabda İslam bankçılığının yaranma tarixi,elmi-nəzəri əsasları,dünya maliyyə sistemində yeri, bu tip inistitutların fəaliyyət prinsipləri öz əksini tapmışdır. Həmçinin Azərbaycanda dövlət və özəl sektorun maliyyə təminatında İslam banklarının vəsaitlərinin cəlb olunmasının yolları və perspektiv imkanları barəsindəki məsələlərə də toxunulmuşdur. Kitab İslam iqtisadi sistemi haqqında məlumat almaq istəyən geniş oxucu kütləsi, iqtisadçı, tələbə magistr və gənc alimlər, o cümlədən maliyyə sektorunda çalışanlar, sahibkarlar üçün nəzərdə tutulmuşdur.
Dərslikdə Azərbaycan Respublikasında təbii proseslərin və antropogen fəaliyyətin təsiri nəticəsində ölkənin ətraf mühit komponentlərində müşahidə olunan mövcud ekoloji durum və problemlər, onların ekoloji-hüquqi aspektləri, həmçinin mühafizə tədbirləri öz əksini tapmışdır. Dərslikdə ekologiya, ətraf mühitin mühafizəsi və bərpası ixtisaı üzrə təhsil alan bakalavrlar, magistrantlar və ətraf mühitin mühafizəsi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən mütəxəssislər istifadə edə bilərlər.
Bu dərsliyin yazılmasında əsas məqsəd bərpa olunan enerji ehtiyyatları, onlardan istifadə və bu sahədə müasir problemlər barədə müfəssəl baza bilikləri yaratmaq olmuşdur.Ölkəmizdə bərpa olunan enerji ehtiyyatlarından istifadə ilə bağlı Azərbaycan dilində yazılmış ilk dərslik olduğu üçün kitabın elmi-nəzəri və praktik əhəmiyyəti misilsizdir . Bu mənada təqdim olunan dərslik həm ali məktəblər , həm də geniş oxucu auditoriyası tərəfindən istifadə oluna bilər . Həmçinin dərslikdən ixtisaslaşmış orta məktəblərdə tədris zamanı da istifadə olunması da mümkündür.Bu kitabın Azərbaycanda nəşr huquqları müəllifə aiddir. Müəlliflərin icazəsi olmadan yenidən nəşr olunması yolverilməzdir.
Dərs vəsaitində ümumi praktika menecmentin əsasları, ekoloji fəaliyyətin idarə olunması sisteminin xüsusiyyətləri, o cümlədən müxtəlif müəssisələrdə ekoloji xidmətin təşkili, ekoloji sertifikatlaşdırma, ekoloji sahibkarlıq, ekoloji marketinq, ekoloji auditin üsulları və növləri, tullantıların idarə edilməsi, ekoloji menecmentin iqtisadi vasitələri, ekoloji sığorta, ekoloji monitorinq və digər aspektləri aydınlaşdırılır.
Kitabda “Qurani-Kərim”də su haqqında buyurulan ayələr təfsir edilmiş və suyun insan həyatındakı müstəsna əhəmiyyəti qeyd edilmişdir.Burada ərzaq məhsullarının tərkibindəki suyun miqdarı və onun məhsulların istehsalında və saxlanılmasında keyfiyyətə təsiri haqqında ətraflı məlumat verilmişdir.Kitabda suyun faydaları, onun kimyəvi tərkibi, içməli suyun keyfiyyətinə verilən tələblər, mineral sular haqqında maraqlı məlumatlar toplanmışdır. Monoqrafiyada suyun keyfiyyət göstəricilərinin ekspertizasına geniş yer verilmiş və içməli suya eləcə də yeyinti məhsullarının istehsalında işlədilən suyun keyfiyyətinə nəzarət qaydaları öz əksini tapmışdır. Kitab geniş oxucu kütləsi əsasən də, müvafiq sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Dərslikdə biotexnologiyanın yaranma və inkişaf tarixi, eləcə də, onun tərkib hissələri, obyektləri və funksiyaları, müxtəlif qida məhsullarının biotexnologiyası işıqlandırılmaqla müxtəlif sənaye sahələrində və praktiki insan fəaliyyətində əsas istiqamətləri verilmişdir.
Kitab Qərb və Şərq sivilizasiyalarının mərkəzində yerləşən qədim Azərbaycan Respublikası timsalında ekoloji-iqtisadi aspektlər mövzusuna həsr edilmişdir. Materialda sosial-iqtisadi aspektlər, təklif, nəticə, 3dildə xülasə öz əksini tapmışdır. Dövrün aktual mövzusuna həsr edilmiş kitabdan bu sahədəki mütəxəssislər, tələbələr, hər bir oxucu bəhrələnə bilər.
Dərs vəsaiti ətraf mühitin iqtisadiyyatı elmin mahiyyəti, metodları, vəzifələri,ətraf mühitin mühafizəsi, təbii ehtiyyatlar, ekologiya və iqtisadiyyatın qarşılıqlı əlaqələri, təbii sərvətlərdən istifadə və onun səmərəliliyi, təbii ehtiyyatların qiymətləndirilməsi, ətraf mühitin çirklənməsindən dəyən ziyanın müəyyən edilməsi məsələləri müasir tələblər baxımından şərh edilir.Dərs vəsaiti universitetin” Əttaf mühitin iqtisadiyyatı” fənni üzrə tədris proqramına uyğun tərtib edilmişdir. Kitabdan iqtisadi yönümlü universitetlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları , tələbə və mütəxəssislər bəhrələnə bilər.
Книга представляет не только теоретический, но и практический интерес для широкого круга научных и инженерно-технических работников,для преподавателей и студентов ВУЗ ов пищевого профиля, а также для производственников занимающихся бизнесом пищевых добавок, БАД и ингредиентов в производстве продуктов питания.
İnsan:təbiət və cəmiyyət dərsliyi Universitetinin tibbi biologiya,biologiya , ekologiya fakültələri üçün ətraf mühitin antropogen çirkləndirilməsi , təbii və texnogen mühitin birgə inkişafının ənənələri, davamlı inkişaf konsepsiyası , regionlarda tarazlıq inkişafının təmin olunmasında torpaq və su ehtiyyatlarından səmərəli istifadəsi rəqabət qabiliyyətli iqtisadiyyatının inkişafı, biosferin ekoloji qorunması, müasir ekologiyanı qlobal problmləri və onların həlli yolları , beynəlxalq hüququn Azərbaycan və Rusiya qanunvericiliyinə əsasən ekologiyaya dair xüsusi məsələlərə baxılır.
Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu dərs vəsaitində ekologiyanın müstəqil elm kimi inkişaf tarixi, insanın biosferdəki mövqeyi və rolu, ekoloji prinsiplər, ekoloji hüquq, ekoloji menecment,ekoloji audit və beynəlxalq standartlar sistemi haqqında məlumatlar verilir.Bu dərs vəsaiti ali məktəb tələbələri ilə yanaşı, həmçinin, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün əhəmiyyətli məlumat mənbəyi ola bilər . Vəsait iki cilddən ibarətdir. İkinci cilddə canlı aləm ,qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, cəmiyyət-təbiət münasibətlərinin müasir starategiyası haqqında məlumatlar verilir.
Monoqrafiya Qərb və Şərq sivilizasiyalarının mərkəzində yerləşən Azərbaycan Respublikasında dövrün ən aktual problemlərinə və onlara qarşı mübarizə tədbirlərinə həsr olunmuşdur. Kitabda ekoloji-coğrafi regionlar şərh olunur mövcud ekoloji-coğrafi problemləri yaradan səbəblər göstərilir onların həllinə dair təkliflər verilməklə yanaşı əldə edilmiş nəticələr də öz əksini tapmışdır. Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Ekologiya” dərsliyi texniki yönümlü ixtisaslarda oxuyan ali təhsil məktəblərinin tələbələri üçün yazılmış və ali peşəkar təhsil Dövlət Təhsil Standatı, Rusiya Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən Proqramın tələblərinə cavab verir. Kitab “Ətraf mühitin qorunması”, həmçinin, “İnsan həyat fəaliyyətinin təhlükəsliyi” fənni çərçivəsində “Təbii mühitdə həyat fəaliyyətinin təhlükəsizliyi” hissəsi kursunun tədris olunmasında istifadə edilə bilər
Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları verilmişdir. Dərs vəsaiti ali məktəblərin bakalavr pilləsinin tələbələri üçün yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi və ekoloji problemlərlə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.
Müvafiq fənn üzrə bakalavr hazırlığı üçün metodik vəsait kimi hazırlanmışdır.
Ekologiya fənni üzrə mühazirələr toplusu əsasən İqtisad Universitetinin və fakultələrinin tələbələri üçün tərtib edilmiş, 60 saat həcmində eyniadlı tədris proqramına uygun yazılmışvə 15 mühazirə mövzunu əhatə edir.Kitab iki hissədən ibarətdir. Birinci hissə nəzəri ekologiyanın, ikinci hissə isə tətbiqi ekologiyanın prinsipial məsələlərini əhatə edir.
Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, onlarla əlaqədar olan qanunvericilik aktlarının xülasəsi, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları verilmişdir. Dərs vəsaiti ali məktəblərin bakalavr pilləsinin tələbələri üçün yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi ilə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.
Kitabda Beynəlxalq münasibətlər sistemində ekoloji problemlərin yeri və rolu məsələləri, onların həlli öz əksini tapmışdır.Çağdaş qloballaşmanın siyasi aspekti,ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi kimi zəruri vəzifələr hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda Azərbaycanda ekoloji böhranın aradan qaldırılmasında qlobal ekoloji siyasətin rolu xüsusi göstərilmişdir.Kitab müəllimlər, aspirantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
İqtisadi və sosial inkişafda təbii şərait və təbii sərvətlərdən hərtəeəfli, səmərəli istifadə, cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqə, ekoloji tarazlığın saxlanılması sosial, iqtisadi, siyasi və ekoloji durumun qlobal problemləridir. Kitabda təbiət, coğrafi mühit, təbii resursların (neft-qaz) və bərpa olunan mənbələrin davamlı inkişafa təsirləri və onlardan istifadə təcrübəsi, eləcə də, dünyanın təbi-ekoloji problemləri işıqlandırılmışdır.
Kitabda Azərbaycan Respublikasında aqrar sektorun inkişaf tarixi , hələ sovet ittifaqı dövründə xalqımızın böyük oğlu, müdrik dövlət xadimi Heydər Əliyevin bu sahədə gördüyü böyük işlər, bunun nəticəsində 1969-1982-ci illərdə ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı sayəsində Azərbaycan kəndlisinin rifaha qovuşması, müstəqillik əldə etdikdən sonra isə həmin illərdə təməli qoyulmuş zəmin üzərində Azərbaycanda və dünyada anoloqu olmayan torpaq istehsalatlarının uğurla həyata keçirilməsinin mümkünlüyündən bəhs edir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə” əsərinin sonuncu poeması “İskəndərnamə”dir. Bu son əsərində dahi şair ömrü boyu arzuladığı, həyatda görmək istədiyi ideal cəmiyyəti təsvir etmişdir. və Poema iki hissədən ibarətdir: “Şərəfnamə” və “İqbalnamə”. İskəndərin kamil bir insan, müdrik alim və filosof kimi təsvir olunduğu “İqbalnamə”də şair ictimai-fəlsəfi düşüncələrə üstünlük vermiş, insan ağlının təntənəsindən bəhs etmişdir.
“Xəmsə” əsərinin sonuncu poeması olan “İskəndərnamə” iki hissədən ibarətdir: “Şərəfnamə” və “İqbalnamə”. “Şərəfnamə”də İskəndərin elm və siyasət aləmində böyük nailiyyətləri göstərilir. Onun tərbiyəsi, təhsili, hökmdarlığı və yürüşlərindən ətraflı məlumat verilir.
“Xosrov və Şirin” əsəri Nizami Gəncəvinin “Xəmsə” toplusunun ikinci poemasıdır. “Xosrov və Şirin” əsəri sadəcə sevgi hekayəsi deyildir, burada sevgi ən zəngin psixoloji və ictimai bir kateqoriya olaraq dərindən təhlil edilib və fəlsəfi bir yüksəkliyə qaldırılıb. Dövrün ictimai, siyasi problemləri, əxlaqi-etik qaydaları poemada öz geniş əksini tapmışdır. Dövlətin ağıl və ədalətlə idarə edilməsi, qadın ləyaqətinin ucalığı, təmiz əxlaq, insan qüdrətinə inam, sənət və sənətkara məhəbbət əsər boyu şairin izlədiyi məsələlərdəndir.
“Sirlər xəzinəsi” əsəri Nizami Gəncəvinin “Xəmsə” toplusunun ilk poemasıdır. Bu poemanın fikir dünyası sahilsiz bir ümman, sənətkarlığı ümmansız bir dünyadır. Şair bu əsərdə kainatın, təbiətin, insan həyatının sirlərindən söhbət açır, insanı dinə, imana, insanlığa çağırır. Uzun illər ərzində əsər dəfələrlə tərcümə olunub. Şair bu poemasında öz dövrünün geniş bədii mənzərəsini yaradıb, dürlü mətləblərdən danışıb, müxtəlif təbəqələrin həyatından söhbət açıb. Əfsanəvi tarixi şəxsiyyətlərdən tutmuş, sadə kasıb xalqın nümayəndələrinə qədər hər kəs burada öz yerini tutub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə” əsərinin dördüncü poeması “Yeddi gözəl” əsəridir. Burada şair bədii obrazlar və misallarla cahil padşahları, tamahkar, qəddar saray xadimlərini, zalım vəzirlər, riyakar alimlər, saxtakarları və s. bu kimi cəmiyyətin nöqsanlarını açıb xalqa göstərmiş və aradan qaldırılması yollarını axtarmış, həmçinin müsbət qəhrəmanları təbliğ etmiş, onların simasında qüdrət, mərdlik və əzəməti təbliğ etmişdir. Əsər duyğu və məzmundan başqa həm də bədii xüsusiyyətləri, stili və kolorit cəhətdən olduqca zəngindir.
Kitab Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. “Xosrov və Şirin” əsəri sadəcə sevgi hekayəsi deyildir, burada sevgi ən zəngin psixoloji və ictimai bir kateqoriya olaraq dərindən təhlil edilib və fəlsəfi bir yüksəkliyə qaldırılıb. Dövrün ictimai, siyasi problemləri, əxlaqi-etik qaydaları poemada öz geniş əksini tapmışdır. Dövlətin ağıl və ədalətlə idarə edilməsi, qadın ləyaqətinin ucalığı, təmiz əxlaq, insan qüdrətinə inam, sənət və sənətkara məhəbbət əsər boyu şairin izlədiyi məsələlərdəndir.
“Leyli və Məcnun” əsəri “Xəmsə”nin üçüncü poemasıdır. Bu əsərdə dahi Nizami iki gəncin nakam məhəbbətindən bəhs edib, onların məhəbbətinə öz bədii qələmi ilə çalarlar, rənglər qatıb, bu məhəbbəti bədii yüksəkliyə qaldırıb. Həmçinin, şair Leyli və Məcnun obrazlarının timsalında öz dövrünün insanlarının cahilliyi, acgözlüyü, qəddarlığı ucbatından gənclərin bədbəxtliyi, həyatının, arzularının məhv olmasını özünəməxsus şəkildə təqdim edə bilib.
Dahi Nizami Gəncəvi “Xəmsə” və “Divani” toplumundan başqa çox sayda hekayələr, nağıllar, qəsidələr, hikmətli sözlər, şeirlər, rübailər, qəzəllər yazıb. Bu kitabda böyük mütəfəkkirin lirik şeirləri, qəzəl və rübailəri toplanib. Yüksək sənətkarlıqla qələmə alınan əsərləri dahi Nizamidən bizlərə qalan dəyərli incilər, zəngin xəzinədir.
Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi sənətkar Nizami Gəncəvinin “Xəmsə” toplusu təkcə Azərbaycanda deyil, bütün dünyada məşhurdur. 13 əsrdən daha artıq bir müddətdir ki, ədibin əsərləri dünya bədii söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətini cəlb edir. Kitaba “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” əsərlərindən ixtisarla parçalar daxil edilib. Nizami əsərlərində qaldırdığı bədii ideyalarla bir-birini əvəz edən bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir.
Dünya şöhrətli sənətkar Nizami Gəncəvi əlçatmaz bir sənət zirvəsindədir. Sözü, sənəti, bizlərə gəlib çatmış hikmət inciləri bu gün də öz ruhu, sambalı, müdrikliyi ilə aktualdır. Kitab dahi sənətkarın yazdığı rübailər, qəsidələr, qəzəllərin toplandığı növbəti nəşrdir.
Kitabda “Xəmsə”yə daxil olan “İskəndərnamə” poemasından İskəndərin Bərdəyə gəlişi və Nüşabə ilə görüşməsi səhnəsi verilib. Bu səhnədə gənclərə örnək olacaq bir çox hikmətlər vardır.
Kitabda Kərpickəsən qocanın bir cavanla hekayəti verilib. Hekayədə kərpickəsən qocanın timsalında heç kimə möhtac olmaq istəməyən, ömrünün sonunacan yalnız öz əlinin əməyi ilə yaşayan və mənasız həyat tərzi sürən insanlara nümunə olan bir çox zəhmətkeş insanların ümumiləşdirilmiş obrazı təqdim edilib.
Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə” əsərinin beş incisindən biri də “Yeddi gözəl” poemasıdır. Poemada Bəhram şahın hərəmxanasındakı xanımların, dünyanın müxtəlif ölkələrindən olan yeddi gözəlinin hekayəti haqqında bəhs edilib. Hər bir gözəl xanımın hekayəti ayrı-ayrı bölmələrdə yer alıb. Poemadan ixtisarla verilmiş “Slavyan gözəlinin hekayəti” Nizami yaradıcılığının ənənəsinə uyğun olaraq, bu hekayə doğruluq, sözünün ağası olmaq, mərdlik, təmiz sevgi, pak və ülvi hissləri təbliğ edərək gənclərə bir örnəkdir.
Kitab Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. “Xosrov və Şirin” əsəri sadəcə sevgi hekayəsi deyildir, burada sevgi ən zəngin psixoloji və ictimai bir kateqoriya olaraq dərindən təhlil edilib və fəlsəfi bir yüksəkliyə qaldırılıb. Dövrün ictimai, siyasi problemləri, əxlaqi-etik qaydaları poemada öz geniş əksini tapmışdır. Dövlətin ağıl və ədalətlə idarə edilməsi, qadın ləyaqətinin ucalığı, təmiz əxlaq, insan qüdrətinə inam, sənət və sənətkara məhəbbət əsər boyu şairin izlədiyi məsələlərdəndir.
Nizami Gəncəvinin “Şah və xidmətçi” hekayəsi zalım bir şah və onun ağıllı xidmətçisi haqqında olan ibrətamiz əsəridir. Əsərdə hadisələr şahın ona uzun illər boyu sədaqətlə, vicdanla xidmət göstərmiş xidmətçisinin əməyinə qarşılıq olaraq, ona yaxşılıq etmək əvəzinə edam olunması qərarından və bu vəziyyətdə sağ qalan xidmətçidən bəhs edir. Dahi şair xidmətçi və padşah personajlarını qələmə almaqla, dövrünün hökmdarları və onun ətrafının nə qədər nankor, qədirbilməz olduğunu vurğulamağa çalışırdı.
Dahi Nizami Gəncəvinin “Xəmsə” toplusu təkcə Azərbaycanda deyil, bütün dünyada məşhurdur. On üç əsrdən daha artıq bir müddətdir ki, ədibin əsərləri dünya bədii söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətini cəlb edib. “Poemalar” kitabına “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” əsərlərindən ixtisarla parçalar verilib. Nizami əsərlərində qaldırdığı bədii ideyalarla biri-birini əvəz edən bütün nəsillərin mənəvi müasiridir.
Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə” əsərinin beş incisindən biri də “Yeddi gözəl” poemasıdır. Poemadan ixtisarla verilmiş “Xarəzm gözəlinin hekayəti”ndə Xarəzm şahzadəsi Nazpərinin hekayəsi təqdim edilib. Burada Nizami Gəncəvinin mənsub olduğu xalqın çətinliklərdən keçərək, dirilik suyuna çatmaq üçün yaşadığı iztirabları poetik şəkildə təsvir edilib.
Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə” əsərinin beş incisindən biri də “Yeddi gözəl” poemasıdır. Poemadan ixtisarla verilmiş “Türküstan gözəlinin hekayəti” Bəhram şahın başına gələn maraqlı əhvalatlardan bəhs edir.
Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə” əsərinin beş incisindən biri də “Yeddi gözəl” poemasıdır. Poemadan ixtisarla verilmiş “İran gözəlinin hekayəti”ndə İran gözəli Dürüstünün Bəhram şaha nəql etdiyi vicdanlı bir gəncin əhvalatından bəhs edilir.
Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə” əsərinin beş incisindən biri də “Yeddi gözəl” poemasıdır. Poemadan ixtisarla verilmiş “Məqrib gözəlinin hekayəti”ndə Azəryun adlı gözəl tərəfindən Misir ölkəsində Mahan adlı yaraşıqlı, gənc tacirin başına gələn ibrətamiz əhvalatından bəhs edilir.
Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə” əsərinin beş incisindən biri də “Yeddi gözəl” poemasıdır. Poemadan ixtisarla verilmiş “Bizans gözəlinin hekayəti”ndə Humay adlı gözəl tərəfindən Xeyir və Şər adlı iki gənc oğlanın başına gələn ibrətamiz əhvalatdan bəhs edilir.
Dahi Nizami ölməz əsərlərində Azərbaycan xalqının atalar sözlərindən geniş şəkildə istifadə etmiş, dərin zəkasının məhsulu olan bir çox beytləri sonralar atalar sözləri məqamında işlənmişdir. Nizami bütün poemalarında istər müəllif sözlərində, istərsə də qəhrəmanların dilindən verdiyi beytlərdə həyatın müxtəlif sahələrinə dair, öz dövrünün ictimai, siyasi, əxlaqi normalarına müvafiq çox dərin mənalı fikirlər irəli sürmüşdür. Kitabda şairin müxtəlif mövzularda hikmətli sözləri, nəsihətləri yer almışdır.
Kitab Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. “Xosrov və Şirin” əsəri sadəcə sevgi hekayəsi deyildir, burada sevgi ən zəngin psixoloji və ictimai bir kateqoriya olaraq dərindən təhlil edilib və fəlsəfi bir yüksəkliyə qaldırılıb. Dövrün ictimai, siyasi problemləri, əxlaqi-etik qaydaları poemada öz geniş əksini tapmışdır. Dövlətin ağıl və ədalətlə idarə edilməsi, qadın ləyaqətinin ucalığı, təmiz əxlaq, insan qüdrətinə inam, sənət və sənətkara məhəbbət əsər boyu şairin izlədiyi məsələlərdəndir.
Nizami Gəncəvi bütün əsərlərində olduğu kimi “İlin fəsilləri” hekayəsində də gözəllikləri çox dolğun formada tərənnüm edib. Hekayədə ilin bütün fəsilləri öz xüsusiyyətləri ilə gözümüzün qarşısından keçir. Hekayəni oxuduqca hər zaman bizə adi görünən fəsilləri, əslində Allah tərəfindən insana verilmiş bir şərait, bir gözəllik və fürsət olduğunu dəyərləndiririk.
Dahi Nizami ölməz əsərlərində Azərbaycan xalqının atalar sözlərindən geniş şəkildə istifadə etmiş, dərin zəkasının məhsulu olan bir çox beytləri sonralar atalar sözləri məqamında işlənmişdir. Nizami bütün poemalarında istər müəllif sözlərində, istərsə də qəhrəmanların dilindən verdiyi beytlərdə həyatın müxtəlif sahələrinə dair, öz dövrünün ictimai, siyasi, əxlaqi normalarına müvafiq çox dərin mənalı fikirlər irəli sürmüşdür. Kitabda şairin müxtəlif mövzularda hikmətli sözləri, nəsihətləri yer almışdır.
Kitaba dahi Nizaminin “Sirlər xəzinəsi” əsəri əsasında yazılmış bir neçə hekayə daxil edilib. Kitabdakı “İki bayquşun söhbəti”, “Süleyman şah və əkinçi”, “Yaralı oğlan” hekayələri bütün nəsillər üçün örnək ola biləcək məna aşılayır. Hekayələrdə zülmkarlara nifrət, halal zəhmət, haqq-ədalət kimi süjet xətti tərənnüm edilir.
Nizaminin romantik destanı Hüsrev ile Şirin, beş mesnevinin bir araya getirilmesinden oluşmuş Hamseden bir destandır. Dünya edebiyatının temel eserlerinden sayılır ve dünyanın birçok diline çevrilmiştir. Destanda yaşam, birbirinden çok uzakta olan bu iki genci, aşkın sihirli şerbeti ile bağlamıştır. Bu aşk, derin bir özleme ve kavuşma arzusuna dönüşür. Devletin akıl ve adaletle yönetimi, kadın onuru, saf ahlak, insan gücüne inanç, sanat ve sanatçı sevgisi şairin eser boyunca takip ettiği konular arasındadır.
Bu kitap, Nizami Gencevi “Hamse”sinin son kitabıdır. Türk edebiyatında, müstakil bir mesnevi olarak ilk defa Nizami tarafından yazılmış ve daha sonraki çağlarda kaleme alınan İskendernameleri büyük oranda etkilemiştir. Şerefname ve İkbalname adları altında iki bölümden oluşan kitap İskender’in tarihi ve efsanevi yönlerini ele aldığı için “İskendername” olarak adlandırılmaktadır. Nizami bu eserinde Hamsenin diğer mesnevilerinde olduğu gibi ideal devlet, ideal millet, ideal hükümdar arzularını net bir biçimde ifade etmiştir. İskender’in felsefî düşünceleri ile ona öğütlerde bulunan Sokrat, Eflatun ve Aristo’nun hikmetli sözleri de bu manzumede öne çıkmaktadır.
“Sırlar Hazinesi” şark edebiyatında meşhur “Hamse”nin birinci kitabıdır. Bu eserde dâhi Azerbaycan şairi Nizami Gencevi gaddar şahları, hükümdarları adaletli olmaya çağırmış, tembelleri, ikiyüzlüleri tenkit etmiş, helal emekle yaşayan sıradan insanlara yüksek muhabbetini bildirmiştir. İslam ve Türklük bilincini eserlerinde yoğun bir şekilde işleyen Nizami bu eserinde İslam ahlak ve ahkâmlarının doğru bir şekilde anlaşılması hususunda uyarılarda bulunmuş, bunun yanı sıra Peygamberin ve kendi dönemindeki insanların yaşantısıyla alakalı bilgiler vermiştir. Yaşanan haksızlıkları, adaletsizlikleri hicvetmekten çekinmeyen Nizami saray şairlerini en ağır şekilde tenkit etmiş, güce tapanlara, dalkavukluk yapanlara, inandığı tüm gerçekleri cesaretle söylemekten bir an bile çekinmemiştir. Günümüz Azerbaycan Türkçesine manzume olarak aktarılan eser, Azerbaycan Cumhuriyeti Kültür Bakanlığının katkılarıyla anlamsal ve yapısallığına dokunulmadan Türkçeye aktarılmıştır.
Yaratıcılığı ile şiire yeni bir ruh vererek şiiri sarayların mengenesinden kurtaran ve halkın servetine çeviren Nizaminin “Hamse” olarak adlandırılan beş manzumesinden dördüncüsü “Yedi Güzel” manzumesidir. Orijinal adı “Heft Peyker” olan manzume mecazi olarak “Yedi Güzel” diye adlandırılmıştır. Nizami manzumeyi 31 Temmuz 1197’de bitirmiş ve onu Marağa hükümdarı Alaaddin Körpe Arslan’a (1174-1208) ithaf etmiştir. Manzumenin mevzusu Sasani hükümdarı olan V. Behram’ın hayatı ile alakalıdır. Ancak şair onun hayatını anlatırken yaşadığı dönemle alakalı eleştirel yaklaşımlarda bulunmuş ve romantik düşüncelerle dolu bir eser yaratmıştır.
«Искендернаме» одно из интереснейших произведений великого азербайджанского поэта XII века Низами Гянджеви (1141-1209). Тема гуманного правителя, истинного отца народа, к которой Низами часто обращался в своем творчестве, получила в этой поэме свое разрешение в образе знаменитого полководца древности Александра Македонского.
”Leyla ile Mecnun” Nizamî Gencevî’nin meşhur “Hamse”sinin üçüncü kitabıdır. Genceli Nizamî halk arasında yayılagelen bu hikâyeyi kurgularken en küçük detayları dahi atlamamış, sanatın sert kanunları dairesinde işlemiş ve düzenli bir hâle getirmiştir. Nizamî, eserini oluştururken İbn-i Küteybe, Ebu Bekir Valibî ile Ebu’l-Ferec el-İsfahanî gibi Arap yazarlardan faydalansa da dağınık bir hâlde işlenen Leyla ile Mecnun hikâyesini kendi kültür hazinesiyle harmanlayarak ortaya özgün bir eser çıkarmıştır.
Leyli and Majnun is the third poem of the classic of Nizami Ganjavi. This poem is included in Khamsa and was written in 1188 in Persian. It is based on the story of the ancient Arabic legend "Layla and Majnun" about the unhappy love of the young man Qays, nicknamed "Majnun" ("The Madman"), towards beautiful Layla. The poem is dedicated to Shirvanshah Ahsitan I, and was written on his order. This poem is considered as the first literary processing of the legend.
Azerbaijani poet of genius Nizami Ganjavi rightly belongs to the pantheon of history's greatest poets and thinkers. His contributions to the trove of world culture cannot be overstated. Nizami entered history primarily as the creator of the epic-dramatic genre, a new literary trend in Oriental poetry. This book contains his aphorisms and explanations.
This work is an instructive story taken from Nizami Ganjavi's "Seven Beauties". The "Seven Beauties" tells about the interesting adventures of the Sassanid kings Bahram Gur. The most interesting part of the work is the incident between Bahram Gur and a girl named Fitna. In "Fitna", the great poet showed that nothing is impossible in life, that it is possible to overcome any difficulty by working and making hard work a habit.
Leyli and Majnun is the third poem of the classic of Nizami Ganjavi. This poem is included in Khamsa and was written in 1188 in Persian. It is based on the story of the ancient Arabic legend "Layla and Majnun" about the unhappy love of the young man Qays, nicknamed "Majnun" ("The Madman"), towards beautiful Layla. The poem is dedicated to Shirvanshah Ahsitan I, and was written on his order. This poem is considered as the first literary processing of the legend.
The story of the Seven Princesses, the most important part of the “Haft Paykar” (The Seven Beauties) by the Azerbaijani poet Nizami (1141-1202) a precious jewel of oriental narrative art, to be compared only with the most beautiful stories out of Thousand and one Nights. on the seven days of one week each of the seven princesses tells her tale to King Bahram, their husband, each tale being of the same magical beauty as the miniatures which illustrate the book. Each of the princesses comes from a different country, each has been born under a different star and lives in a different coloured pavilion of the Royal Palace. The symbolic meaning of their stars and of the colours of their pavilions is artfully interwoven with their stories which are meaningfully connected with each other.
Составление, научная подготовка текстов, комментарии и словарь Рустама Алиева Неувядаемые творения Низами, выразившие гуманистические идеалы, любовь к человеку, стремление к свободе, правде и справедливости, еще при жизни снискали ему широчайшее признание. На протяжении восьми столетий народы разных стран поколение за поколением со все возрастающим интересом читают его поэтические шедевры.
Поэма «Хосров и Ширин» написана поэтом в 1181 году. Содержание поэмы всепоглощающая любовь. «Все ложь, одна любовь указ беспрекословный, и в мире все игра, что вне игры любовной… кто станет без любви, да внемлет укоризне: он мертв, хотя б стократ он был исполнен жизни». По сути – это суфийское произведение, аллегорически изображающее стремление души к Богу; но чувства изображены настолько живо, что неподготовленный читатель даже не замечает аллегории, воспринимая поэму как романтическое любовное произведение. Сюжет взят из древней легенды, описывающей множество приключений.
Третья по счету поэма великого азербайджанского классика поэзии Низами Гянджави, из его пятерицы «Хамсе», написанная в 1188 году на персидском языке. В ее основе сюжет старинной арабской легенды «Лейли и Меджнун», о несчастной любви юноши Кейса, прозванного «меджнун» (безумец), к красавице Лейли. Поэма посвящена Ширваншаху Ахситану I, но чьему заказу и была написана. Эта поэма считается самым известным персидским изложением сказания о Лейли и Меджнуне, а также является первой литературной обработкой легенды.
"Семь красавиц" - четвертая поэма Низами из его бессмертной "Пятерицы" - значительно отличается от других поэм. В нее, наряду с описанием жизни и подвигов древнеиранского царя Бахрама, включены сказочные новеллы, рассказанные семью женами Бахрама -семью царевнами из семи стран света, живущими в семи дворцах, каждый из которых имеет свой цвет, соответствующий определенному дню недели. Символика и фантастические элементы новел переплетаются с описаниями реальной действительности. Как и в других поэмах, Низами в "Семи красавицах" проповедует идеалы справедливости и добра.
Своеобразный итог творчества поэта. Поэма переведена на азербайджанский язык Абдуллой Шаигом. Она состоит из двух частей: "Шараф-наме ("Книга славы") и "Игбал-наме "("Книга судьбы" ). Именно в этой поэме с наибольшей полнотой и глубиной отразились общественные идеалы и философские воззрения Низами. Поэтический образ Искендера отличается от исторического прототипа Александра Македонского и представляет собой тип идеального правителя.
Искендер-наме – последняя поэма знаменитой «Пятерицы» («Хамсэ») гениального азербайджанского поэта Низами Гянджеви. Это наиболее крупное произведение поэта и его наиболее значительный вклад в сокровищницу мировой литературы. В этой поэме нашли самое полное и яркое выражение общественные и философские взгляды Низами, его блестящее поэтическое мастерство. По широте замысла, охвату событий, по глубине и богатству мысли «Искендер-наме» является одним из непревзойденных произведений мировой литературы. В первой части поэмы – «Шараф-наме» - Низами повествует о военных походах полководца Александра Македонского и его подвигах. Во второй части – «Икбал-наме» - основное место занимают общественно-политические и философские вопросы.
Поэма «Сокровищница тайн» («Махзан ал-асрар») занимает особое место в бессмертной «Пятерице». Будучи первой из поэм Низами, она отличается от его последующих эпических произведений прежде всего своей структурой, композицией и дидактической формой, избранной для выражения мыслей автора.
Стихотворение для детей младшего школьного возраста Гянджеви Низами (обработка для детей: Абдуллы Шаика) с иллюстрациями Народного художника Азербайджанской ССР Власова Михаила Александровича.
В сказке рассказывается об отважном греческом шахе Искендере, который скрывал от всех, что у него росли рога. Но и об этой тайне узнал чабан и рассказал откуда он разузнал тайну шаха.
UNEC SABAH Mərkəzinin direktoru dos. Aida Quliyeva SABAH tələbələrinin təhsildə və əmək bazarında yüksək nəticələrə nail olduğunu vurğulayaraq, hazırda əsas prioritetin əldə olunan nəticələrin davamlılığını təmin etməklə yanaşı, tələbələrin elmi tədqiqatlarda iştirakının genişləndirilməsinə dəstək verməkdən ibarət olduğunu qeyd edib.
UNEC Kitabxana-İnformasiya Mərkəzinin Əsaslı kitabxanasında UNEC Yaradıcılıq Mərkəzi ilə birgə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
UNEC tələbələrinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Kitabxana İnformasiya Mərkəzinin 3 saylı kitabxanasında tələbələr arasında kitabların müzakirəsi keçirilib.