Bakı, 2020

Dərslikdə rəqəmsal ödənişlər və bu sahədə nəzəri məktəblərin baxışları araşdırılmış, ödəniş ekosistemi və onun infrastruktur komponentlərinin fəaliyyət xüsusiyyətləri müəyyən edilmiş, ödəniş alətləri və onların növləri, ödəniş alətləri ilə əməliyyatların aparılması prinsipləri açıqlanmış, elektron pul və onun istifadəsi ilə ödəniş əməliyyatlarının həyata keçirilməsi praktiki olaraq izah edilmiş, elektron bankçılıq xidmətləti və onun növləri, bu sahədə eyniləşdirmə tədbirləri qeyd edilmiş və rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq halları və onların qarşısının alınması metodları göstərilmişdir.