Developed in conjunction with Ext-Joom.com

Missiyamız

Universitetimizin, milli və beynəlxalq səviyyədə elmi araşdırma və təhsil təşkilatı halına gəlməsini dəstəkləmək.Keyfiyyətli və sürətli kitabxana xidmətlərində lider olmaq. İstifadəçilərimizin ehtiyaclarını qarşılayacaq məzmunlu materiallarla zənginləşdirərək effektiv istifadəni təmin etmək. Zaman və məkan məhdudlaşdırması olmadan akademiq proqram və elmi araşdırmalarından yaranan məlumat ehtiyaclarına cavab vermək. Həyat boyu öyrənən fərdlərin yetişməsini təmin etmək. Müasir və yenilikçi kitab həvəskarlarına məlumat çatırılmasında iştirak etmək.

Məqsədimiz

  1. Azərbaycan Respublikası Konstitusiyasını, “Azərbaycan Respublikasının Təhsil haqqıında” Qanunu, “Kitabxana işi haqqında” Qanunu, dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, ADİU-nun əmr və sərəncamlarını və həmçinin, Kitabxananın Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərmək;
  2. Tələbə, aspirant, bakalavr, magistr, doktorant, elmi işçi, professor-müəllim, mühəndis-texniki heyətə və universitetin digər kateqoriyadan olan oxucularının informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana, məlumat-biblioqrafiya xidməti göstərmək;
  3. Universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı informasiya texnologiyasına keçmək, məlumat-biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  4. Informasiya mədəniyyətini tərbiyə etməklə bərabər, oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq;
  5. Universitetin kafedraları, elmi ictimaiyyət və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirmək;
  6. Kitabxana işlərində müasir texniki vasitələrdən istifadə etməklə, məlumat-biblioqrafiya və informasiya prosesini mexanikləşdirmək, avtomatlaşdırmaq və kompyüterləşdirməklə kitabxana xidmətinin formalarını genişləndirmək və təsərrüfathesablı elementləri tətbiq etməklə kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək;
  7. Oxuculara vətənpərvərlik hissləri tərbiyə etmək, kitabxanaları humanistləşdirmək, ümumbəşəri dəyərlərlə istiqamətləndirmək, fondlarda toplanmış elmi, mədəni, mənəvi irsi təbliğ etmək və açıqlamaq, oxucuların informasiya tələbatını ədəbiyyatla təmin etmək.