Developed in conjunction with Ext-Joom.com

                                                                                                 I. ÜMUMİ QAYDALAR
1.Kitabxanadan professor müəllim heyəti,elmi isçilər,doktorantlar, magistr və bakalavrlar, universitetin bütün əməkdasları,
 hazırlıq kursunun müdavimləri,  basqa tədris müəssisələrinin tələbələri, magistrları, doktorantları və elmi isçiləri, həmçinin
 kənar səxslər istifadə edə bilərlər.Kənar oxuculara ancaq oxu zallarında xidmət olunur.
2. Kitabxananın oxucularına kitablar, jurnallar, qəzetlər və basqa materiallar istifadəyə verilir. Ədəbiyyatın verilisi oxu zallarında və abonomentdə aparılır. Kitabxanada olmayan nəsrlər oxucunun xahisi ilə basqa kitabxanalardan alınır və oxu zallarında istifadə olunur. Xüsusi və az tapılan kitabların verilisi direktor tərəfindən təyin edilir.
3. Ədəbiyyatın seçilisində məlumat xarakterli ədəbiyyatlardan və kataloqlardan
istifadədə oxuculara hərtərəfli kömək göstərilir. Kitabxanaya yazılıs oxucuların kateqoriyasından asılı olaraq səxsiyyət vəsiqəsi təqdim etməklə aparılır. Tələbə bileti əsasında kitabxana daim oxucu bileti verir. Basqa tədris müəssisələrinin oxucularına həmin sənədlər əsasında müvəqqəti oxucu bileti bir illik istifadə müddətinə verilir.
4. Kitabxana hər il oxucuların qeydiyyatını keçirir: Oxucu qeydiyyat zamanı adında olan bütün ədəbiyyatı təhvil verməlidir, hansını ki, qeydiyyatdan sonra geri götürə bilər. Qeydiyyatdan keçməmis oxuculara kitabxana tərəfindən xidmət edilmir.
5. Oxucular yay tətilinə getməmisdən qabaq adlarında olan bütün kitabları təhvil
verməlidir.
6. Kitabxanadan istifadəni dayandırdıqda oxucu bu halda kitabxanaya xəbər verməli və adında olan bütün kitabları təhvil verməlidir.
7. İsin və yaxud təhsilin dəyisdirildiyi haqda oxucu 10 gün müddətində kitabxanaya xəbər verməlidir.
                                                                                II. ƏDƏBİYYATDAN İSTİFADƏ QAYDALARI
A. ABONEMENTDƏ
8. Elmi ədəbiyyat oxuculara bir illik müddətinə asağıdakı miqdarda verilir:
professorlara, müəllimlərə, elmi isçilərə və doktorantlara-15 ci ldə qədər, yuxarı kurs tələbələrinə və magistrlərə-10 cildə qədər, qalan oxuculara-5 cildə qədər, tələbə elmi cəmiyyətinin üzvlərinə əlavə-10 cildə qədər, diplomçulara əlavə-5-cildə qədər. Tədris ədəbiyyatı 15 kitabdan çox olmaqla bir semestr üçün verilir.
Dövrü nəsrlər 15 gün müddətinə 5 saydan və yaxud bir komplektdən çox olmamaqla verilir. Cari ilin dövri nəsrlərindən ancaq oxu zallarında istifadə edilir.
Bədii ədəbiyyat 15 gün müddətinə 2 kitabdan çox olmamaq sərti ilə verilir.
Kitabın istifadə müddəti abonoment söbəsinin müdirinin söbəsinin müdirinin razılığı əsasında uzadıla bilər. Qiyabiçi tələbələr üçün dərsliklərin və dərs vəsaitlərinin istifadə müddəti imtahan sessiyası müddətindən asılı olaraq direktorun razılığı ilə təyin edilir.
Đstehsalat təcrübəsinə gedən tələbələrə kitab fondunun vəziyyətindən asılı olaraq bütün
təcrübə müddətinə verilir.
Bir nüsxədə olan nəsrlərin evə verilməsi direktor tərəfindən təyin edilir.
9. Köməkçi fondda olan kitablar, nadir qiymətli əlyazmalar, məlumat xarakterli nəsrlər,
dissertasiyalar, avtoreferatlar, referativ jurnallar, qəzetlər və Kitabxanalararası
Abonomentlə alınan kitablar evə verilmir.
10. Əgər kitab təyin olunmus vaxtdan çox saxlanarsa, oxucu 1ay müddətinə
kitabxanadan istifadə etməkdən məhrum olunur, əgər bu hal təkrar olunarsa-iki ay müddətinə.
11. Kitabxanalararası abonomentlə alınan kitabın istifadə müddəti göndərilmə vaxtını nəzərə almamaqla bir aydır.
                                                                                              B. OXU ZALLARINDA
12. Kitablar oxu zallarının köməkçi fondundan oxucunun tələbnaməsi və yaxud sifahi tələbi əsasında verilir.
13. Əsas kitabsaxlayıcılardan oxu zalına verilmis ədəbiyyat oxucuya ona lazım olan müddətə verilə bilər. Əgər oxucu 5 gün müddətinə tələbə və aspirantlar üçün oxu zalında 10 gün müddətinə isə elmi isçilər üçün oxu zalında ona təhkim olunmus kitab üçün müraciət etməsə, həmin kitablar saxlayıcıya qaytarılır.
İmtahan sessiyasına gələn qiyabiçi tələbələrə ədəbiyyat bütün sessiya müddəti üçün verilə bilər.
14. Oxu zalından kitabın çıxarılması qadağandır. Əgər oxucu uzun müddətə oxu zalını tərk edirsə , onda kitabları növbətçi kitabxanaçıya verməlidir.
15. Oxu zallarında oxucular ədəbiyyatdan istifadə qaydalarını kitabxana tərəfindən təsdiq edilmis xüsusi qaydalar əsasında etməlidirlər.
16. Kitablar kaedralardan, kabinetlərdən və laboratoriyalardan evə verilmir.
                                                                                         III. OXUCUNUN NƏZƏRİNƏ 
17. Oxucu kitabxanadan aldığı kitablara və basqa çap əsərlərinə qayğı ilə yanasmalıdır.
18. Oxucu kitabı aldıqda, onu yoxlayıb və onda olan nöqsanları növbətçi kitabxanaçıya deməlidir, əks təqdirdə kitabın korlanmasında oxucu məsuliyyət dasıyır.
19. Kitabda mətnin altından xətt çəkməyə, vərəqi qatlamağa, cırmağa, illüstrasiyaların kalka vasitəsilə surətini çıxarmağa icazə verilmir.
20. Kitabxananın fonduna ziyan vurmus səxs Azərbaycan Respublikasının qanun
vericiliyinə uyğun olaraq, maddi məsuliyyət, cinayət məsuliyyəti və basqa məsuliyyət dasıyırlar. Kitabxananın fondundakı kitabları, digər mətbuat əsərlərini və basqa materiallarını itirmis, yaxud onlara əvəzedilməz ziyan vurmus oxucular onları müvafiq olaraq eyni cür mətbuat əsərləri və materiallar ilə yaxud kitabxananın bərabər dəyərli hesab etdiyi əsərlərlə əvəz etməli, bu cür əvəzetmə mümkün olmadıqda isə onların müəyyən olunmus qaydada təyin edilən dəyərinin on qat məbləğini ödəməyə borcludur.
21. Oxucu kitabxanaya daxil olanda oxucu biletini növbətçi kitabxanaçıya təqdim
etməlidir. Kitabxanaya yazılıs zamanı oxucu kitabxanadan istifadə qaydaları ilə tanıs olub, yerinə yetirilməsi haqda imza etməlidir.