Blue Flower

Əli Məmməd oğlu Abbasov

Əli Məmməd oğlu Abbasov

 

1953

Yanvarın 1-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.

1976

Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirmiş və təyinatla  Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsilini davam etdirmişdir.

1981

Mikroelektronika sahəsində dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsini almışdır.

1982- 1991

Azərbaycan Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışmış, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir.

1992

Azərbaycan Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinə (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktor vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2000-ci ilə qədər çalışmışdır. Bu müddət ərzində "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri" (RAİS-"Azərbaycan") layihəsinin, milli əhəmiyyəti olan bir neçə xüsusi təyinatlı kompüter və informasiya sistemlərinin icraçısı və rəhbəri ol­muş­dur. Azərbaycanda İnternet infrastrukturunun yaradılmasına rəhbərlik etmişdir. EARN və İNTERNET şəbəkələrinin respublika üzrə koordinatoru, NATO-nun Elm komitəsində informasiya texnologiyaları sahəsində Azərbaycan üzrə əlaqələndirici,  UNESCO-nun informasiya və telekommunikasiya üzrə eksperti olmuş və Azərbaycan Respublikasını Trans-Avropa Elmi-tədqiqat və Təhsil Şəbəkələri  Assosiasiyasında (TERENA) təmsil etmişdir.

1994

"İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə etmiş və texnika elmləri doktoru adını almışdır.

1996

İnformatika sahəsində professor elmi adını almışdır.

2000 - 2004

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil islahatları və tədris keyfiyyətinin yüksəldilməsi üçün köklü dəyişikliklərin həyata keçirilməsi üzrə bir çox layihələrin müəllifidir. Bu müddət ərzində "Elm və təhsil İNTERNET şəbəkəsinin inkişafı", "Respublikada məsafədən (distant) təhsil sisteminin yaradılması", "Virtual İpək Yolu", “Xüsusi istedadlı qrup” və digər əhəmiyyətli layihələrə rəhbərlik etmişdir.  Azərbaycan Elm və Təhsil üzrə kompüter şəbəkələri Assosiasiyasının (AZRENA) prezidentidir.

2001

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

2001 - 2004

2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olmuşdur. AŞPA-da “Cənubi Qafqazda mədəni irsin qorunması” mövzusu üzrə geniş hesabatın müəllifidir.

2004 - 2014

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri olmuşdur.

2014

07 mart 2014-cü il - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.

 

Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, yeni texnologiyaların, e-hökümət həllərinin tətbiqində və genişzolaqlı şəbəkə xidmətlərinin və İKT üzrə insan resurslarının inkişafında xüsusi əməyi var. “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Regional İnnovasiya Zonası”, “Azərspace–Telekommunikasiya Peyki” və s. milli və regional layihələrin rəhbəridir.

 

Beynəlxalq İnformatizasiya və Beynəlxalq Telekommunikasiya akademiyalarının həqiqi üzvü, Rəqəmli İnkişaf üçün Genişzolaqlı Rabitə üzrə BMT baş katibi yanında Komissiyanın, Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun üzvüdür. 1995-1996-cı illərdə Kembric Bioqrafiya Mərkəzi tərəfindən texnika və texnologiya üzrə "İlin beynəlxalq adamı" elan edilmişdir.

 

180-dən çox elmi əsərin və 18 elmi monoqrafiya və kitabların müəllifi və həmmüəllifidir. 14 texniki elmlər üzrə fəlsəfə doktoru və 8 texniki elmlər doktoru hazırlamışdır.

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

 

  • Rus və ingilis dillərini bilir.

 


Eyni müəllifin kitabları

 / 1
İl: 2007
Baxılma sayı: 754
 / 1
İl: 2005
Baxılma sayı: 5524
 / 1
İl: 2005
Baxılma sayı: 2319
 / 0
İl: 2004
Baxılma sayı: 727
 / 1
İl: 2003
Baxılma sayı: 1783
 / 1
İl: 2003
Baxılma sayı: 2719
 / 1
İl: 2003
Baxılma sayı: 1419
 / 1
İl: 2002
Baxılma sayı: 1260
 / 1
İl: 2002
Baxılma sayı: 2146
 / 1
İl: 2002
Baxılma sayı: 1197
 / 0
İl: 2002
Baxılma sayı: 2153
 / 1
İl: 2001
Baxılma sayı: 2190
 / 0
İl: 2000
Baxılma sayı: 1918