Bakı, "Şərq-Qərb", Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, 2021

Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi, Ordumuzun rəşadəti, xalqımızın "Dəmir yumruq" ətrafında sıx birliyi nəticəsində şanlı Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində Müdafiə Sənayesi Nazirliyinin misilsiz qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan, adlarını tarixə əbədi həkk edən əməkdaşları haqqında məlumatlar verilir.
Nəşrdə 1990-cu illərin əvvəllərində düşmən tərəfindən torpaqlarımızın qəsb olunmasına qarşı mübarizədə, Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində şəhid olan igid və cəsur əməkdaşların adları qeyd edilir, Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsindəki fəaliyyətinə nəzər salınır, bu qurumun şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən bəhs edilir.