Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsində. 2021

Kitabın nəşrə hazırlanmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Sabir Həsənli və başqaları iştirak etmişdir. Kitab xalqımızın dövlət müstəqilliyi uğrunda apardığı mübarizədə, Ermənistan-Azərbaycan münaqişəsi illərində və Azərbaycan Respublikasının böyük qələbəsi ilə başa çatmış Vətən müharibəsində Qafqaz Müsəlmanları İdarəsinin və Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə həsr olunmuşdur. Burada tarixi qələbəmizi şərtləndirən amillər sırasında Azərbaycandakı dövlət-din münasibətləri, ölkəmizdəki fərqli dinlər və xalqlar arasındakı birlik, qarşılıqlı hörmət və birgəyaşayış normaları da öz əksini tapmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.