Optimistin baxışları. Bakı, 2020. Kitabda Azərbaycan təhsilinin retrospektiv mənzərəsi əks etdirilmişdir. Müəllif müqayisələrin fonunda qlobal ölçülərə, zəngin beynəlxalq təcrübə nümunələrinə əsaslanaraq, təhsil siyasətinə aid bir sıra aktual məsələləri, bu günün ehtiyaclarını bir vəzifə olaraq ümumiləşdirilmişdir. Kitabın üstün cəhətlərindən biri onun sadə, anlaşıqlı dildə, dialoji formada yazılmasıdır. Mətnə daxil edilmiş haşiyələr və "Dərs"lərin sonunda yerləşdirilmiş əlavələr mülahizələrin inandırıcılığını artırmaqla yanaşı, peşəkar inkişafa geniş imkanlar yaradır.
Kitab bütün sosial kateqoriyalardan olan və təhsil problemlərinə maraq göstərən oxuculara ünvanlanmışdır. Yaşından, təhsil səviyyəsindən, peşəsindən və ixtisasından asılı olmayaraq, bu kitabdan hər bir şəxs, xüsusilə təhsil idarəediciləri və təhsil sahəsində çalışan mütəxəssislər, ali və orta məktəb müəllimləri və tələbələr əhəmiyyətli dərəcədə faydalana bilər.