Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanov, elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev olan “İlham Əliyev: “Əziz Şuşa, biz qayıtmışıq!”” kitabı işıq üzü görmüşdür. Azərbaycan, türk, rus və ingilis dillərində nəfis tərtibatda nəşr edilmiş “İlham Əliyev: “Əziz Şuşa, biz qayıtmışıq!”” kitabı UNEC Kitabxana İnformasiya Mərkəzinin fonduna daxil edilib.
Kitabda 44 günlük Vətən müharibəsi, Şuşanın şərəfli tarixi, zəngin mədəniyyəti, şəhərin azad olunması uğrunda gedən gərgin döyüşlər, qəhrəmanlarımızın şücaəti, ölkə başçısı cənab İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncamı, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi və digər sənədlər barədə ətraflı məlumat verilmişdir.