UNEC-in 24/7 Kitabxanası “Kitabxana mənim üçün...” layihəsinə 2019-cu il aprel ayından start verib.

Qeyd edək ki, layihənin məqsədi kitabxana xidmətləri, burada görülən işlər barədə məlumat vermək və kitabxananın hər bir tələbənin həyatında, təhsilində rolunu, kitabxananın onun üçün nə olmasını müəyyənləşdirməkdir. 

Layihə çərçivəsində kitabxana rəhbərliyinə qrup halında, yaxud fərdi olaraq müraciət edən UNEC tələbələri, təyin edilmiş vaxtda müasir tələblərə cavab verən 24/7 kitabxanasındakı qaydalar barədə, buradakı fiziki və elektron resurslar, onlardan düzgün, effektiv istifadə edilməsi haqqında məlumatlandırılıb, ustad təlimlərdə iştirak ediblər. Verilən sorğular dolğun cavablandırılıb.