Print

Monoqrafiya Azərbaycanda məskun olan müxtəlif xalqların və dinlərin tarixinə həsr olunmuşdur. Təqdim olunan kitabda rəngarəng etnik tərkibə malik Azərbaycanda əsrlərdən bəri yaşayan, azərbaycanlı adı altında birləşən bütün xalqların etnik tarixi, yayılma arealı, etnogenetik əlaqələri, spesifik xüsusiyyətləri, inancları, folkloru, xalq bayramları, həmçinin ortaq ümumazərbaycan ənənələri, etnoslararası münasibətləri təhlil edilmişdir. Monoqrafiya müəllifin 2006-2019-cu illərdə Azərbaycanın müxtəlif bölgələrində apardığı etnoqrafik çöl tədqiqatları və mövcud tarixi mənbələr əsasında yazılmışdır. Tarixçilər, etnoloqlar, sosioloqlar, filosoflar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.