“Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans KEÇİRİLƏCƏK.

Konfransın PROQRAMI

Konfrans Materialları

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” layihəsi çərçivəsində “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Noyabr ayının 01-də saat 11:00-da keçiriləcək konfrans süni intellektin akademik

kitabxanalarda, informasiya sistemləri və xidmətlərində tətbiq olunmasına həsr olunur.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr qəbul edilir:

  • İnformasiya və sənəd menecmenti üzrə kadr hazırlığı    
  • İnformasiya savadlılığı və ömürboyu təhsil
  • Sənəd-İnformasiya idarəçiliyi- biliklərin menecmenti    
  • Elmi-tədqiqatların bibliometrik qiymətləndirilməsi    
  • Rəqəmsal dünyada yeni kitabxana xidmətləri
  • Kitabxanaşünaslıq/ biblioqrafiyaşünaslıq istiqamətləri üzrə aktual mövzularda kitab və dövri nəşrlərin çap vəziyyəti
  • Kitabxana-informasiya işi sahəsində yeni standartlar    
  • Kitabxana marketinqi sahəsində yeni tendensiyalar    
  • Kitabxanalarda PR-ın təşkili və əhəmiyyəti
  • Açıq Elm-Open Science
  • Universitet kitabxanalarında istifadə edilən data bazalar və onların səmərəliliyi    
  • BigData və onun kitabxana işində istifadəsi
  • Hibrid kitabxanaların fəaliyyəti: reallıqlar və yeniliklər
  • Süni intellekt və smart kitabxanalar
  • Milli vahid elektron resurs arxivinin və ya elektron kitabxanaların təşkili
  • Universitetlərdə inklyuziv təhsilin təşkili:“Səsli” resurslar, danışan kitabxanalar    
  • Kitabxana assosiasiyaları, cəmiyyət və birliklərin fəaliyyəti
  • Beynəlxalq və yerli universitetlərarası kitabxana əməkdaşlığı, sənəd mübadiləsi    
  • Kitabxanaların fəaliyyətində sosial media trendi
  • Kitabxana resurslarından açıq istifadə imkanları və müəlliflik hüququ problemləri

Qeyd edilən istiqamətlər üzrə təcrübi və nəzəri cəhətdən araşdırılan, cari tədqiq və təkliflərlə ən yaxşı ideya və təcrübələri, eləcə də gələcək perspektivlə bağlı tətbiqi məsələləri əhatə edən tezislərin qəbulu nəzərdə tutulur.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis

Tezislərin təqdim edilməsi üçün son tarix: 15 Oktyabr, 2023-cü il

Tezislərin tərtib olunma qaydaları:

Tezisin adı 10 sözdən çox olmamalı, böyük hərflərlə, qalın şrift, 12 pt, şrift Times New Roman

Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12 pt, şrift Times New Roman Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12 pt, şrift Times New Roman Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12 pt, şrift Times New Roman

Tezisin mətni 2-3 səhifə aralığında və konfransın mövzusuna uyğun olmalıdır, A4 formatında, *doc, *docx fayl formatı, şrift Times New Roman, şrift ölçüsü 12 pt, hər tərəfdən 2 sm, boşluq 1, sətirlərarası məsafə 1.5 olmalıdır.

Hər bir tezisin yazıldığı dildən başqa, iki dildə xülasə və açar sözlər olmalıdır.

Xülasələr 200 sözə qədər, Times New Roman, 10 şrift, sətirlərarası məsafə - 1 formatında yazılmalıdır.

5 sözdən ibarət açar söz verilməlidir (açar sözlər müvafiq xülasələrin sonunda göstərilməlidir); İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilməlidir (məsələn, [2]).

Ədəbiyyat siyahısı mətnin sonunda biblioqrafik təsvir qaydalarına uyğun şəkildə verilməlidir.

Konfransın elmi istiqamətlərinə və təşkilat komitəsinin tələblərinə uyğun gəlməyən tezislər qəbul edilməyəcək.

Konfransın materialları nəşr ediləcək və iştirakçılara müvafiq sertifikatlar veriləcəkdır.

Müəlliflərdən ən azı biri konfransda iştirak etməlidir, iştirak etməyən müəllifin (müəlliflərin) tezisi çap olunmayacaq.

Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanında qəbul olunur. Tezisləri

göndərərkən məktubun başlıq (mövzu) və ya mətn hissəsində Libconf2023 sözünü daxil edin. Konfransda iştirak ödənişsizdir.

 

 

Konfransın keçiriləcəyi yer və əlaqə vasitələri:

Azərbaycan Dövlət İqtisad Universiteti

AZ0000, İstiqlaliyyət küç. 6, Bakı, Azərbaycan Tel: (+99412) 4925903 daxili 1327

Mob: +99450 5566530

E-poçt: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

International scientific conference on the topic “New directions of activity of academic libraries”

Международная научная конференция на тему «Новые направления деятельности академических библиотек»