Bəxtiyar Sadıqov. 2021

Milli Məclisin deputatı, Azərbaycan" qəzetinin baş redaktoru, respublikanın Əməkdar jurnalisti, "Şöhrət" ordenli Bəxtiyar Sadıqovun "Xliaskar İlham Əliyev" kitabında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əlityevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbədən danışılır, onun tarixi-siyasi əhəmiyyəti şərh olunur. 

Dörd fəsildən ibarət olan kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinin təhlilinə xüsusi yer verilir, dövlət başçısının 2003-2020-ci illərdə apardığı ordu quruculuöu prosesinin mahiyyıti açılır, Azərbaycanı zəfərə çatdıran yolun siyasi, sosial-iqtisadi, diplomatik yönümləri araşdırılır, "Dəmir yumruq" əməliyyyatının gedişi və nəticələri öz əksini tapır.

Kitab həm də 44 günlük Vətən müharibəsinin, qəhrəman Azərbaycan Ordusunun Müzəffər Komandanı, Prezident İlham Əliyevin Böyük Qələbəyə aparan siyasətinin yığcam salnaməsidir.