Print

Məhəbbət Paşayeva / 2022

Təqdim olunan kitabın yazılması Azərbaycan tarixi və onun ən zəngin mərhələlərdən birini təşkil edən alban xristian irsi və bu irsin ən zəngin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişi və bugünkü vəziyyəti, onların falsifikasiya edilməsi faktlarının geniş oxucu auditoriyasına çatdırılması, bölgənin bütün alman abidələrinin, ümumi tarixi arayış verilməklə bir nəşrdə toplanması zərurətindən irəli gəlmişdir. Kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilmiş və bir qismində elmi tədqiqat işləri aparılmış yüzdən artıq alban memarlıq abidəsi haqqında tarixi arayış verilmişdir. Eyni zamanda bölgənin alban abidələri ilə bağlı tarixi- etnoqrafik, arxeoloji, memarlıq materialları toplanaraq ümumiləşdirilmişdir. Lakin qeyd etmək lazımdır ki, bu, bölgənin alban abidələrinin tam təsnifatı deyildir.