Uğura gedən yolu bizimlə kəşf edin.
Kitabda ekoloji monitorinq sisteminin təşkili, məkan miqyasları ilə bağlı monitorinqin xüsusiyyətləri, təbii mühitin və ekosistemlərin monitorinqi, ekoloji nəzarətin metod və cihazları,ekoloji monitorinq metodları, ətraf təbii mühitin keyfiyyətinin qiymətləndirilməsi meyarlarından bəhs edilir. Dərs vəsaiti Ekologiya ixtisasında təhsil alan magistrlər üçün nəzərdə tutulmuşdur. Lakin vəsaitdən eyni zamanda bakalavrlar və ekologiya sahəsində çalışan digər mütəxəssislər də istifadə edə bilərlər.
Dərslik ekoloji tədqiqatlarda geniş istifadə olunan metodlar qruplarını əhatə edərək onları hərtərəfli xarakterizə edir. Dərslikdən ekologiya, ətraf mühitin mühafizəsi və bərpası ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və ətraf mühitin mühafizəsi və bərpası ixtisasi üzrə təhsil alan bakalavrlar, magistrlər və ətraf mühitin mühafizəsi ilə bağlı sahələrdə fəaliyyət göstərən mütəxəssislər istifadə edə bilərlər.
Biotexnologiya kitabı hüceyrə biologiyası və molekulyar biologiya, biokimya, bioinformatika, genetika, genomika, proteomika, da daxil olmaqla, olduqca geniş spektrdəki movzuları əhatə edir. Bu kitab vasitəsilə oxucuya biotexnologiyanın çeşidli və bir-birindən fərqli sahələrini başa düşmək üçün lazım olan bilik və bacarıqları təmin edilir.
Kitabda İslam bankçılığının yaranma tarixi,elmi-nəzəri əsasları,dünya maliyyə sistemində yeri, bu tip inistitutların fəaliyyət prinsipləri öz əksini tapmışdır. Həmçinin Azərbaycanda dövlət və özəl sektorun maliyyə təminatında İslam banklarının vəsaitlərinin cəlb olunmasının yolları və perspektiv imkanları barəsindəki məsələlərə də toxunulmuşdur. Kitab İslam iqtisadi sistemi haqqında məlumat almaq istəyən geniş oxucu kütləsi, iqtisadçı, tələbə magistr və gənc alimlər, o cümlədən maliyyə sektorunda çalışanlar, sahibkarlar üçün nəzərdə tutulmuşdur.
Dərslikdə Azərbaycan Respublikasında təbii proseslərin və antropogen fəaliyyətin təsiri nəticəsində ölkənin ətraf mühit komponentlərində müşahidə olunan mövcud ekoloji durum və problemlər, onların ekoloji-hüquqi aspektləri, həmçinin mühafizə tədbirləri öz əksini tapmışdır. Dərslikdə ekologiya, ətraf mühitin mühafizəsi və bərpası ixtisaı üzrə təhsil alan bakalavrlar, magistrantlar və ətraf mühitin mühafizəsi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən mütəxəssislər istifadə edə bilərlər.
Bu dərsliyin yazılmasında əsas məqsəd bərpa olunan enerji ehtiyyatları, onlardan istifadə və bu sahədə müasir problemlər barədə müfəssəl baza bilikləri yaratmaq olmuşdur.Ölkəmizdə bərpa olunan enerji ehtiyyatlarından istifadə ilə bağlı Azərbaycan dilində yazılmış ilk dərslik olduğu üçün kitabın elmi-nəzəri və praktik əhəmiyyəti misilsizdir . Bu mənada təqdim olunan dərslik həm ali məktəblər , həm də geniş oxucu auditoriyası tərəfindən istifadə oluna bilər . Həmçinin dərslikdən ixtisaslaşmış orta məktəblərdə tədris zamanı da istifadə olunması da mümkündür.Bu kitabın Azərbaycanda nəşr huquqları müəllifə aiddir. Müəlliflərin icazəsi olmadan yenidən nəşr olunması yolverilməzdir.
Dərs vəsaitində ümumi praktika menecmentin əsasları, ekoloji fəaliyyətin idarə olunması sisteminin xüsusiyyətləri, o cümlədən müxtəlif müəssisələrdə ekoloji xidmətin təşkili, ekoloji sertifikatlaşdırma, ekoloji sahibkarlıq, ekoloji marketinq, ekoloji auditin üsulları və növləri, tullantıların idarə edilməsi, ekoloji menecmentin iqtisadi vasitələri, ekoloji sığorta, ekoloji monitorinq və digər aspektləri aydınlaşdırılır.
Kitabda “Qurani-Kərim”də su haqqında buyurulan ayələr təfsir edilmiş və suyun insan həyatındakı müstəsna əhəmiyyəti qeyd edilmişdir.Burada ərzaq məhsullarının tərkibindəki suyun miqdarı və onun məhsulların istehsalında və saxlanılmasında keyfiyyətə təsiri haqqında ətraflı məlumat verilmişdir.Kitabda suyun faydaları, onun kimyəvi tərkibi, içməli suyun keyfiyyətinə verilən tələblər, mineral sular haqqında maraqlı məlumatlar toplanmışdır. Monoqrafiyada suyun keyfiyyət göstəricilərinin ekspertizasına geniş yer verilmiş və içməli suya eləcə də yeyinti məhsullarının istehsalında işlədilən suyun keyfiyyətinə nəzarət qaydaları öz əksini tapmışdır. Kitab geniş oxucu kütləsi əsasən də, müvafiq sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Dərslikdə biotexnologiyanın yaranma və inkişaf tarixi, eləcə də, onun tərkib hissələri, obyektləri və funksiyaları, müxtəlif qida məhsullarının biotexnologiyası işıqlandırılmaqla müxtəlif sənaye sahələrində və praktiki insan fəaliyyətində əsas istiqamətləri verilmişdir.
Kitab Qərb və Şərq sivilizasiyalarının mərkəzində yerləşən qədim Azərbaycan Respublikası timsalında ekoloji-iqtisadi aspektlər mövzusuna həsr edilmişdir. Materialda sosial-iqtisadi aspektlər, təklif, nəticə, 3dildə xülasə öz əksini tapmışdır. Dövrün aktual mövzusuna həsr edilmiş kitabdan bu sahədəki mütəxəssislər, tələbələr, hər bir oxucu bəhrələnə bilər.
Dərs vəsaiti ətraf mühitin iqtisadiyyatı elmin mahiyyəti, metodları, vəzifələri,ətraf mühitin mühafizəsi, təbii ehtiyyatlar, ekologiya və iqtisadiyyatın qarşılıqlı əlaqələri, təbii sərvətlərdən istifadə və onun səmərəliliyi, təbii ehtiyyatların qiymətləndirilməsi, ətraf mühitin çirklənməsindən dəyən ziyanın müəyyən edilməsi məsələləri müasir tələblər baxımından şərh edilir.Dərs vəsaiti universitetin” Əttaf mühitin iqtisadiyyatı” fənni üzrə tədris proqramına uyğun tərtib edilmişdir. Kitabdan iqtisadi yönümlü universitetlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları , tələbə və mütəxəssislər bəhrələnə bilər.
Книга представляет не только теоретический, но и практический интерес для широкого круга научных и инженерно-технических работников,для преподавателей и студентов ВУЗ ов пищевого профиля, а также для производственников занимающихся бизнесом пищевых добавок, БАД и ингредиентов в производстве продуктов питания.
İnsan:təbiət və cəmiyyət dərsliyi Universitetinin tibbi biologiya,biologiya , ekologiya fakültələri üçün ətraf mühitin antropogen çirkləndirilməsi , təbii və texnogen mühitin birgə inkişafının ənənələri, davamlı inkişaf konsepsiyası , regionlarda tarazlıq inkişafının təmin olunmasında torpaq və su ehtiyyatlarından səmərəli istifadəsi rəqabət qabiliyyətli iqtisadiyyatının inkişafı, biosferin ekoloji qorunması, müasir ekologiyanı qlobal problmləri və onların həlli yolları , beynəlxalq hüququn Azərbaycan və Rusiya qanunvericiliyinə əsasən ekologiyaya dair xüsusi məsələlərə baxılır.
Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu dərs vəsaitində ekologiyanın müstəqil elm kimi inkişaf tarixi, insanın biosferdəki mövqeyi və rolu, ekoloji prinsiplər, ekoloji hüquq, ekoloji menecment,ekoloji audit və beynəlxalq standartlar sistemi haqqında məlumatlar verilir.Bu dərs vəsaiti ali məktəb tələbələri ilə yanaşı, həmçinin, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün əhəmiyyətli məlumat mənbəyi ola bilər . Vəsait iki cilddən ibarətdir. İkinci cilddə canlı aləm ,qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, cəmiyyət-təbiət münasibətlərinin müasir starategiyası haqqında məlumatlar verilir.
Monoqrafiya Qərb və Şərq sivilizasiyalarının mərkəzində yerləşən Azərbaycan Respublikasında dövrün ən aktual problemlərinə və onlara qarşı mübarizə tədbirlərinə həsr olunmuşdur. Kitabda ekoloji-coğrafi regionlar şərh olunur mövcud ekoloji-coğrafi problemləri yaradan səbəblər göstərilir onların həllinə dair təkliflər verilməklə yanaşı əldə edilmiş nəticələr də öz əksini tapmışdır. Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Ekologiya” dərsliyi texniki yönümlü ixtisaslarda oxuyan ali təhsil məktəblərinin tələbələri üçün yazılmış və ali peşəkar təhsil Dövlət Təhsil Standatı, Rusiya Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən Proqramın tələblərinə cavab verir. Kitab “Ətraf mühitin qorunması”, həmçinin, “İnsan həyat fəaliyyətinin təhlükəsliyi” fənni çərçivəsində “Təbii mühitdə həyat fəaliyyətinin təhlükəsizliyi” hissəsi kursunun tədris olunmasında istifadə edilə bilər
Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları verilmişdir. Dərs vəsaiti ali məktəblərin bakalavr pilləsinin tələbələri üçün yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi və ekoloji problemlərlə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.
Müvafiq fənn üzrə bakalavr hazırlığı üçün metodik vəsait kimi hazırlanmışdır.
Ekologiya fənni üzrə mühazirələr toplusu əsasən İqtisad Universitetinin və fakultələrinin tələbələri üçün tərtib edilmiş, 60 saat həcmində eyniadlı tədris proqramına uygun yazılmışvə 15 mühazirə mövzunu əhatə edir.Kitab iki hissədən ibarətdir. Birinci hissə nəzəri ekologiyanın, ikinci hissə isə tətbiqi ekologiyanın prinsipial məsələlərini əhatə edir.
Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, onlarla əlaqədar olan qanunvericilik aktlarının xülasəsi, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları verilmişdir. Dərs vəsaiti ali məktəblərin bakalavr pilləsinin tələbələri üçün yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi ilə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.
Kitabda Beynəlxalq münasibətlər sistemində ekoloji problemlərin yeri və rolu məsələləri, onların həlli öz əksini tapmışdır.Çağdaş qloballaşmanın siyasi aspekti,ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi kimi zəruri vəzifələr hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda Azərbaycanda ekoloji böhranın aradan qaldırılmasında qlobal ekoloji siyasətin rolu xüsusi göstərilmişdir.Kitab müəllimlər, aspirantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
İqtisadi və sosial inkişafda təbii şərait və təbii sərvətlərdən hərtəeəfli, səmərəli istifadə, cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqə, ekoloji tarazlığın saxlanılması sosial, iqtisadi, siyasi və ekoloji durumun qlobal problemləridir. Kitabda təbiət, coğrafi mühit, təbii resursların (neft-qaz) və bərpa olunan mənbələrin davamlı inkişafa təsirləri və onlardan istifadə təcrübəsi, eləcə də, dünyanın təbi-ekoloji problemləri işıqlandırılmışdır.
Kitabda Azərbaycan Respublikasında aqrar sektorun inkişaf tarixi , hələ sovet ittifaqı dövründə xalqımızın böyük oğlu, müdrik dövlət xadimi Heydər Əliyevin bu sahədə gördüyü böyük işlər, bunun nəticəsində 1969-1982-ci illərdə ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı sayəsində Azərbaycan kəndlisinin rifaha qovuşması, müstəqillik əldə etdikdən sonra isə həmin illərdə təməli qoyulmuş zəmin üzərində Azərbaycanda və dünyada anoloqu olmayan torpaq istehsalatlarının uğurla həyata keçirilməsinin mümkünlüyündən bəhs edir.
Lüğətə ekologiya və təbiəti mühafizəyə aid 6500-ə qədər termin və anlayış daxil edilmişdir.Müxtəlif ixtisasçıların lüğətdən asan istifadə etmələri üçün o, ilk dəfə olaraq ayrı-ayrı elm sahələri- ekologiya, torpaqşünaslıq, geologiya, coğrafiya, botanika və zoologiya sahələri üzrə tərtib edilmişdir. Lügət ekoloqlar, bioloqlar, torpaqşünaslar, meşəçilər, botaniklər və zooloqlar, həm də kənd təsərrüfatı, ekologiya təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə geniş mütəxəssislər dairəsi, ali məktəblərin təbiət və humanitar fakültələrinin, orta məktəb, lisey və kolleclərin tələbələri, şagirdləri və müəllimləri üçün nəzərdə tutulmuşdur.
Dərs vəsaitində təbiətdən istifadənin və ətraf mühitin mühafizəsi iqtisadiyyatının nəzəriyyəsi, təbii ehtiyyatların və ətraf mühitə dəyən zərərin qiymətləndirilməsi, tənzimlənməsi ekoloji proqnoz və planlaşdırma eləcə də təbiətdən səmərəli istifadə və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlıq məsələləri isıqlandırılmışdır.
Экономика природопользования-это относительно молодая, но быстро развивающаяся наука, хотя экономический аспект взаимодействия общества и природы имеет определенную история.
Monoqrafiya torpaq ehtiyyatlarının davamlı və dayanıqlı, səmərəli istifadəsini təmin etmək məqsədilə ölkədə həyata keçirilən aqrar istehsalatlarla bağlı torpaq istifadəçiliyində yeni təsərrüfatçılıq formalarının yaradılması, bu xüsusda torpaq üzərində mülkiyyət növlərinin təsbit edilməsi, habelə torpaq ehtiyyatlarından istifadəyə nəzarətin artırılması, ictimai təsərrüfatçılıq dönəmində münbitliyi itirilmiş ,tənəzzülə uğramış torpaqların təbii münbitliyinin bərpası, artırılması onun mühafizəsi və.s bu kimi bir cox məsələlər tədqiq olunur. Monoqrafiya tələbə, aspirant və mütəxəssislərlə yanaşı,geniş oxucu kütləsi üçün də nəzərdə tutulmuşdur.
Dərslikdə bəşəriyyətin 45-dən artıq qlobal problemləri haqqında məlumat verilir. Onların baş vermə səbəbləri araşdırılır, ayrı-ayrı sahələrinin biri-biri ilə bağlılığı göstərilir, eləcə də həlli yolları isıqlandırılır. Mövcud qlobal problemlərin ayrı-ayrılıqda geniş səciyyəsində dəqiq kəmiyyət göstəriciləri ilə yanaşı ətraf mühitin təbii varlıgına təsirləri öz əksini tapır. Dərslikdən iqtisad yönümlü universitetlərin, digər ali təhsil ocaqlarının müəllim və tələbləri, elmi-tədqiqat müəssisələrinin əməkdaşları –bir sözlə böyük oxucu kütləsi bəhrələnə bilər.
Monoqrafiya müəllifin fundamental tədqıqatları əsasında torpaqların ekoloji qiymətləndirilməsinin yeni konsepsiyasıirəli sürülmüş, torpaqların aqroekoloji əsasda bonitirovkasının yeni yanaşma üsulları əsaslandırılmış, çay,üzüm, taxıl tərəvəz altında istifadə olunan torpaqların aqroekoloji modelləri təqdim edilmişdir . Əsərdə həmçinin çay hövzələri daxilində yayılmış torpaqların münbitlik göstəriciləri üzərində ekoloji monitorinqin təşkili proqramı irəli sürülmüşdür. Əsər ixtisas sahibləri – torpaqşünaslar, coğrafiyaşünaslar, ekoloqlar, aqronomlar üçün dəyərli vəsait ola bilər.
Dərs vəsaitində Azərbaycanın yeraltı sərvətləri, neftin mənşəyi,Dünyada və Azərbaycanda neft-qaz istehsalının inkişafı,xarici neft şirkətlərinin respublikada fəaliyyəti, neft quyularının və istismarının texnoloji prosesləri ,neft və qazın nəqli ,Azərbaycan neftinin Dünya bazarına çıxarılması ətraf mühitin sənaye tullantılarından mühafizəsi məsələlərinə baxılır.Kitab, əsasən, iqtisad universitetinin və fakültələrinin tələbələri üçün yazılmışdır.
Bu kitab sağlam, aktiv uzunömürlü bir həyat tərzi yaşamaq üçün bələdçiniz ola bilər. Xəstəliklərə yoluxmaqdan qorunmaq, zərərli vərdişlərə yol verməmək və onlardan xilas olmaq, əvvəllər əldə etdiyiniz yanlış müalicə üsullarından əl çəkmək yollarını sizə məsləhət verəcək. Kitab ali təhsil müəssisələrinin, kolleclərin tələbələri və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün də dərs vəsaitidir, eləcə də geniş oxucu dairəsi üçün faydalı ola bilər.
Dərslik ali məktəblərin bakalavr tələbələri, lisey və kollec müəllimləri, ekologiya sahəsində çalışan dövlət məmurları və onlarla təmasda olan yerli və xarici iş adamları, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Познакомишись с этой книгой, что она может стать вашим путеводителем к здоровью активному долголетию. Она подскажет, как защитить себя от болезней, связанных снеправильным образом жизни и вредными привычками, а также избавиться от ранее приобретенных с помощью естественных методов лечения.
Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, onlarla əlaqədar olan qanunvericilik aktlarının xülasəsi, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları verilmişdir. Dərs vəsaiti ali məktəblərin bakalavır pilləsinin tələbələri üçün yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi ilə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.
Monoqrafiyada Azərbaycan Respublikasının dövlət torpaq kadastrının hüquqi,elmi,praktiki məsələləri araşdırılmış, torpaq kadastrının növləri və əsas prinsipləri, onun aparılası qaydaları və tərkib hissələri işıqlandırılmış, həmçini xarici ölkələrdə torpaq- kadastr tədbirlərinin aparılması qaydaları haqqında ətraflı məlumat verilmişdir. Monoqrafiya mütəxəssislər və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.
В монографии на основые болле чем 30-летных полевых исследований автора дается комплексный анализ взаимодействия крупных водохранилищ и предлагаются разработанные научно-обоснованные рекомендации по их размещению, экспулуатции, охране и рациональному использованию.
Dərs vəsaitində geodeziyanın qısa inkişaf tarixi, Yerin forması və ölçüləri,sadə planlama üsulları, teodolitləplanlama, plan və xəritə üzrə sahələrin ölçülməsi, layihənin yerə köçürülməsi, həndəsi nivelirləmə, taxeometrik planlama, poliqonometriya,azimutun astronomik təyini, peyk naviqasiya sistemləri, kartoqrafik proyeksiyalar haqqında qısa məlumat və s.məsələlərdən bəhs olunur. Dərs vəsaiti topoqrafiya ,xəritəşünaslıq, torpaq islahatı, geodeziya işləri ilə məşğul olan mütəxəssislər və geodeziya işləri ilə məşğul olan mütəxəssislər və geodeziya fənnindən dərs keçən tələbələr üçün nəzərdə tutulmuşdur .
Monoqrafiya respublika meşələrinin öyrənilməsi tarixi, dağ və düzən meşələrinin müasir vəziyyəti, onlarin qoruyucu funksiyaları, antropogen dəyişilmə istiqamətləri, əsas ağac cinslərinin bioloji xüsusiyyətləri verilir. Kitabda həmçinin meşə ekosistemlərinin mühafizəsi, bərpası, səmərəli istifadəsi, yeni qoruq və yasaqləqların təşkələ tövsiyə olunur. Əsər ekoloqlar, coğrafiyaşünaslar, meşəçilər, torpaqşünaslar, geobotaniklər və kənd təsərrüfatı mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. O həm də geobotanika, ekologiya və təbiəti mühafizə fənnlərinin tədrisi və öyrənilməsində müəllim və tələbələr üçün dəyərli vəsait ola bilər.
Kitabda torpaq ehtiyyatlarının dünya məlumat bazasının – torpaq nomenklaturası və təsnifatının Beynəlxalq və Milli torpaq təsnifatları (ABŞ,Rusiya,Fransa,Almaniya,Dünya torpaq xəritəsi)müqayisə olunur.Azərbaycan Respublikası torpaq təsnifatı nomenklatur taksonlarının Beynəlxalq analoqlarının müqayisəli sürətdə müəyyən edilməsinə təşəbbüs olunmuşdur.
Kitabda Azərbaycanın zəngin torpaq ehtiyyatları ,ayrı-ayrı torpaq tipləri, torpaq islahatı nəticəsində dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələri barədə, eləcə də , torpaqların keyfiyyət qrupuna görə bölgüsü haqqında, həmçinin dövlət, bələdiyyə,kənd təsərrüfatına yararlı torpaq sahələri haqqında məlumatlar şərh edilmisşdir.Təqdim edilən kitab Azərbaycan kənd təsərrüfatı Akademiyasının, digər ali və orta ixtisas məktəblərinin müvafiq fakültələrinin tələbələri, aqrar elmlərlə məşğul olan tədqiqatçılar, aspirantlar, Azərbaycan torpaq ehtiyyatları haqqındakı statistik rəqəmlərlə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
В монографии изложены итоги многолетных исследований автора по созданию моделей плодородия чаепригодных почв Ленкоранской области Азербайджана. Обстоятельно освещена рассмотрена история изучения вопроса, изложена методика исследований, определены основные блоки, из которых складывается модель плодородия. Даны модели плодородия основых видов почв Ленкоранской области, используемых под чайные плантации.
UNEC SABAH Mərkəzinin direktoru dos. Aida Quliyeva SABAH tələbələrinin təhsildə və əmək bazarında yüksək nəticələrə nail olduğunu vurğulayaraq, hazırda əsas prioritetin əldə olunan nəticələrin davamlılığını təmin etməklə yanaşı, tələbələrin elmi tədqiqatlarda iştirakının genişləndirilməsinə dəstək verməkdən ibarət olduğunu qeyd edib.
UNEC Kitabxana-İnformasiya Mərkəzinin Əsaslı kitabxanasında UNEC Yaradıcılıq Mərkəzi ilə birgə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
UNEC tələbələrinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Kitabxana İnformasiya Mərkəzinin 3 saylı kitabxanasında tələbələr arasında kitabların müzakirəsi keçirilib.