Mərdanov Misir. 2021.
Bu kitab Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr edilir. Tarixi möhtəşəm zəfərlə bütün dünyaya ölkəmizin gücünü, haqq və ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi uğura da imza atdı - Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ikili standartlara qalib gəldi, xalqın milli qüruru, şərəfli tarixi adı - məğlubedilməz xalq adı özünə qaytarıldı. Şübhəsiz ki, bu zəfərdə və Azərbaycanın iqtisadi, siyasi və digər sahələrdəki uğurlarında cənab Prezidentin keçdiyi məktəblərin, şəxsi keyfiyyətlərinin və genetik amillərin mühüm rolu vardır. Oxuculara təqdim edilən bu kitabda digər amillərlə yanaşı, cənab İlham Əliyevin bir şəxsiyyət kimi formalaşmasında, dünyanın önəmli siyasi liderlərindən birinə çevrilməsində əhəmiyyətli rolu olan məktəblərdən və həmin məktəbləri bir qədər də zənginləşdirərək yaratdığı öz məktəbindən danışılır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.