Xarici iqtisadi fəaliyyətin uçotu: Dərs vəsaiti Bakı-2021

Dərs vəsaitində kommersiya təşkilatları və şirkətlərində xarici iqtisadi fəaliyyətin həyata keçirilməsinin milli və beynəlxalq normativ-hüquqi bazası şərh edilib, valyuta vəsaitlərinin hərəkətinin, məhsulların və malların idxalı və ixracının, həmçinin xarici iqtisadi fəaliyyətin digər növlərinin uçotunun aparılması metodikası və qaydaları izah olunub. Hər bir mövzu üzrə nümunəvi test tapşırıqları verilir və onların cavabları göstərilib. Dərs vəsaiti xarici iqtisadi fəaliyyət ilə məşğul olan təşkilatların, şirkətlərin mühasibləri, gömrük işçiləri, iqtisad yönümlü ali məktəb müəllimləri, bakalavrları, magistrləri, həmçinin xarici iqtisadi fəaliyyət ilə məşğul olan digər şəxslər üçün nəzərdə tutulub.