Developed in conjunction with Ext-Joom.com

Kitabxana haqqında

Əsaslı Kitabxana UNEC-in aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.

UNEC kitabxanası 1930-cu ildən fəaliyyət göstərir.

Məqsədi
  1. Azərbaycan Respublikası Konstitusiyasını, “Azərbaycan Respublikasının Təhsil haqqıında” Qanunu, “Kitabxana işi haqqında” Qanunu, dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, ADİU-nun əmr və sərəncamlarını və həmçinin, Kitabxananın Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərmək;
  2. Tələbə, aspirant, bakalavr, magistr, doktorant, elmi işçi, professor-müəllim, mühəndis-texniki heyətə və universitetin digər kateqoriyadan olan oxucularının informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana, məlumat-biblioqrafiya xidməti göstərmək;
  3. Universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı informasiya texnologiyasına keçmək, məlumat-biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  4. Informasiya mədəniyyətini tərbiyə etməklə bərabər, oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq;
  5. Universitetin kafedraları, elmi ictimaiyyət və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirmək;
  6. Kitabxana işlərində müasir texniki vasitələrdən istifadə etməklə, məlumat-biblioqrafiya və informasiya prosesini mexanikləşdirmək, avtomatlaşdırmaq və kompyüterləşdirməklə kitabxana xidmətinin formalarını genişləndirmək və təsərrüfathesablı elementləri tətbiq etməklə kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək;
  7. Oxuculara vətənpərvərlik hissləri tərbiyə etmək, kitabxanaları humanistləşdirmək, ümumbəşəri dəyərlərlə istiqamətləndirmək, fondlarda toplanmış elmi, mədəni, mənəvi irsi təbliğ etmək və açıqlamaq, oxucuların informasiya tələbatını ədəbiyyatla təmin etmək;
  8. Ali məktəbin profilinə və oxucuların informasiya fəaliyyətinə uyğun kitabxana fondunu formalaşdırmaq ənənəvi çap məhsulu ilə yanaşı yeni informasiya texnologiyalarına keçmək, məlumat biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  9. İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istigfadə etmək bacarığını aşılamaq;
  10. Yeni texnologiya rejimində işləmək üçün kadrların ixtisasını təmin edən proqram işləyib hazırlamaq və həyata keçirmək;
  11. Kitabxana xidmətini hərtərəfli demokratikləşdirmək;
  12. Oxuculara əsas kitabxana xidmətini pulsuz təmin etmək;
  13. Kitabxanalararası abonement və beynəlxalq abonement vasitəsilə kitabxanaların fondlarından qarşılıqlı surətdə istifadə etmək;
  14. Kitabxana fondu müvafiq qaydada tədris edilir və onların uçotu, qorunması, bərpası və sanitariya-gigyena normalarına uyğun mühafizəsi təmin olunur.
Hüquqları
  • Kitabxana və informasiya işi ilə əlaqədar elmi konfranslarda, serminarlarda, yığıncaqlarda təmsil etmək;
  • Kitabxana saxlanması xərcləri ali məktəbin ümumi smetasında nəzərə alınmalıdır;
  • Ali məktəbin kitabxanasının yerləşdiyi yer toxunulmazdır;
  • Kitabxananın direktoru və işçiləri mövcud qanunvericiliyə uyğun olaraq, kitabxana fondununh mühafizəsi üçün məsuliyyət daşıyır.
Kitabxananın fondu haqqında:

Kitabxananın fondunda 267678 nüsxə ədəbiyyat var:

28245   nüsxəsi elmi;
215877 nüsxəsi tədris;
16758   nüsxəsi bədii;
6798     nüsxəsi  xarici 
ədəbiyyatdır.

 

1990-cı ildən bu günə qədər Kitabxana fondunda olan yeni ədəbiyyat:

Xidmət şöbəsi                                                                                   65156 nüsxə;

1saylı tədris binasında Oxu zalı                                                         6304 nüsxə;

2 saylı tədris binasında filial kitabxansında                                         13756 nüsxə;

3 saylı tədris binasında filial kitabxansında                                         5786 nüsxə;

4 saylı tədris binasında filial kitabxansında                                         2546 nüsxə.